kübar qadın (əsli-nəcabətli xanım)

a lady of quality знатная дама
kurort mövsümünün ən yaxşı dövrü (sentyabr, oktyabr ayları)
küçə açmaq
OBASTAN VİKİ
Əsli Aybars
Əsli Aybars (türk. Aslı Aybars) — Türkiyə teatr və kino aktrisası. 25 may 1972-ci ildə İstanbul şəhərində anadan olmuşdur. 1990 - 1994 cü illər arasında Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Teatr bölümünü bitirmişdir.
Əsli Həsənova
Əsli Bala qızı Həsənova (1905, Yelizavetpol – bilinmir) — Sosialist Əməyi Qəhrəmanı (1949). Əsli Bala qızı Həsənova 1905-ci ildə Gəncə şəhərində anadan olub. 1936–1970-ci illərdə Gəncədəki Nizami adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1970-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçi idi.
Əsli Nəmutlu
Əsli Nəmutlu (24 mart 1994, İstanbul – 12 yanvar 2012, Türkiyə) — Türk milli xizəkçi. Saint Cozef Fransız Liseyində oxuyan Əsli, xizək etməyə daha 3 yaşında başladı və 2004-cü ildə Alov xizək dəstəsinə girərək ilk yarış təcrübəsini burada yaşadı. 2005-ci ildə Uludağda edilən yarışlarda kiçiklər kateqoriyasında üçüncü olduqdan bir il sonra, yenə Uludağda təşkil edilən yarışlarda slalomda 6-cılıq, böyük slalomda isə 4-cü lük əldə etdi. Eyni il Palandökendə edilən bu yarışların davam ayağında isə Türkiyə birinciliyini qazandı. Bu dərəcələriylə Türkiyə Milli Xizək Komandasına girən, eyni zamanda Alp İntizamı Milli Komandası oyunçusu Əsli Nəmutlu, Türkiyə Gənclər Xizək Çempionatına hazırlandığı Ərzurum Evli Xizək Mərkəzində məşq əsnasında düşərək boyunun qırılması nəticəsi 18 yaşında həyatını itirdi. Cənazəsi xüsusi təyyarələ İstanbula gətirilərək Qaracaəhməd Qəbiristanlığında torpağa verildi.
Əsli dəlillər
Üsuli-Fiqh və ya Əsli dəlillər (Ərəbcə: أصول الفقه Üsul ül-Fiqh), bir İslam hüququ yəni fiqh termini. Əsli dəlillər termini və içində saxladığı alt başlıqlar, Şər'i dəlillərin bir qismini əhatə edir. Şər'i dəlillərin digər qismi isə fər'i dəlillərdir. Əsli dəlillər dörd yerə ayrılır, bunlar: Kitab (Quran) Sünnə İcma Qiyas (Şiələrdə Ağıl) Bu dörd əsli dəlildən, ilk ikisi yəni Qur'an və Sünnət, vəhy dayanan yəni İslam dinindəki naslara dayanan dəlillərkən digər ikisi yəni icma və qiyas isə vəhy təməlli olmayıb ağli olmaqla bərabər İslami naslar ilə ilişkilidir. Kitab Allah-Təalanın Elçisi Məhəmmədə ərəbcə endirdiyi, müshəflərdə yazılaraq bizə qədər təvatür yolu ilə çatmış, Fatihə surəsi ilə başlayıb Nəs surəsi ilə qurtaran Qurani-Kərimdir. Üstün tutulan rəyə əsasən “qa-ra-ə” feilindən məsdərdir və kök mənası oxumaq, toplamaq və bir araya gətirməkdir. Quran yalnız bir etiqad, ibadət və əxlaqi kitab deyil, həm etiqad və ibadət, həm də insanlararası sosial-iqtisadi məsələləri ümumi prinsiplərlə tənzimləyən bir kitabdır. Ayələrdə belə buyurulur: “…Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!”[1] “…Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).”[2] Qurani-Kərim Məhəmmədə (s.ə.s) ilk dəfə 610-cu ildə təfəkkür və ibadət üçün getdiyi Hira mağarasında, Ramazan ayının qədr gecəsində nazil olmağa başlamış, Cəbrayıl (ə.s) vasitəsilə 22 il 2 ay 22 gündə tamamlanmışdır. İlk nazil olan ayələr bunlardır: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
Əsli ədəd
Sadə ədəd — 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə bölünən) olan natural ədəddir. Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar. Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər". Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. 2 yeganə cüt ədəddir ki, sadə ədəddir.
Əziz Əsli
Əziz Əsli (d. 9.4.1938, Təbriz, İran) — keçmiş İranlı futbolçu. Dərayi və Persepolis klublarında oynayıb. Eləcə də İranın yığma komandasında çıxış edib.
Xanım
Xanım — qadın adı. Xanım İsmayılqızı — şairə, bəstəkar. Xanım Balacayeva — Azərbaycan şahmatçısı.
Qadın
Qadın — yetkin dişi cinsiyyətindən olan insan. Digər əks cins kişi adlanır. Rəsmi sənədlərdə bu bioloji növ yaşından asılı olmayaraq qadın adlanır. İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngilis sözü olan History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər, lakin bu məcburi deyildir. 2009-cu ilin yanvar ayından etibarən dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın əhali 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır. Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ 2011-ci ildə verilmişdir.
Əsli kəndi (Mərənd)
Əsli kəndi (fars. اصلي كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (17 ailə).
Əsli və Kərəm
Əsli və Kərəm — Azərbaycan məhəbbət dastanları arasında orijinallığı və qeyri-adi sonluğu ilə seçilən "Əsli və Kərəm" dastanı da əsasən məzmun və mahiyyət etibarilə yad təsirə məruz qalmış Azərbaycanın xalq ədəbiyyatı nümunələrimizdən sayıla bilər. Tədqiqatçıların rəyinə görə, "Əsli və Kərəm" dastanı əsasən XVI əsrin əvvəllərində yaranmış və həmin əsrdə də formalaşmağa başlamışdır. "Əsli və Kərəm"in Orta Asiya, Kiçik Asiya və Yaxın Şərqdə orijinal variantları mövcuddur. H. Araslı, M. Təhmasib, X. Koroğlu, N. Boratav və başqa tədqiqatçılar dastanın Azərbaycanda yarandığını göstərmişlər. Anadolu türk alimlərindən M. F. Köprülü, V. M. Qocatürk, V. C. Aşkun, habelə, Azərbaycanda S. Mümtaz, M. H. Təhmasib və digərləri Kərəmi tarixi şəxsiyyət hesab etmişlər. Amma Kərəmin tarixi şəxsiyyət olmaması haqqında da fikirlər mövcuddur. Deyirlər, çox keçmiş zamanlarda bir xan olur, bir də vəziri. Bu vəzirin adı Qara keşiş imiş. Xanın Kərəm adlı oğlu, Qara keşişin də Əsli adında qızı varmış. Onlar böyüyüb bir-birlərini sevirlər.
Dilfirib xanım
Dilfirib xanım (d. 1890 — ö. 1952) — 35. Osmanlı sultanı V Mehmedin beşinci xanımı. Əslən çərkəz olan Dilfirib xanım 1890-cı ildə İstanbulda dünyaya gəlmişdir. Çox gənc yaşda saraya verilmiş, burada saray təhsili almışdır. Xidmət etdiyi illərdə Şahzadə Mehmed Rəşadın nəzərini cəlb etdi və 1907-ci ildə onunla vəliəhd sarayında evləndi. Sultan Mehmed Rəşadın 1918-ci ildə vəfatından sonra bir müddət sarayda qaldı və daha sonra Ərənköydəki bir villaya köçdü. Bir müddət sonra bir həkimlə evlənən Dilfirib xanımın bu evlilikdən bir oğlu dünyaya gəldi. Uzun müddət burada yaşadıqdan sonra, Vaniköydəki villasında 1952-ci ildə xərçəng xəstəliyindən vəfat etdi.
Düzdidil xanım
Düzdidil xanım (1825, Şimali Qafqaz – 18 avqust 1845, Konstantinopol) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin üçüncü xanımı. Düzdidil xanım 1825-ci ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Əslən ubıx əsillidir və əsl adı Ayşə Dişan idi. 6 yaşında İstanbula gətirilən Ayşə Osmanlı sarayına təslim edildi. Adı dəyişdirildi və Düzdidil oldu. Dərhal saray təlimi alan Düzdidil piano təhsili də aldı. Nəhayət, 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Bu nigahdan ard-arda 2 qızı dünyaya gəldi: Cəmilə Sultan və Səmiyə Sultan. Ancaq çox keçmədən İstanbulda yayılan vərəm epidemiyasına tutuldu və uzun müddət çəkən xəstəliyin ardından 1845-ci ildə vəfat etdi.
Fikriyə xanım
Fikriyə xanım (türk. Fikriye Hanım; d.1887, Larisa — ö.31 may 1924, Ankara) — Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Fransız, Alman və Yunan dillərində səlis danışa bilən Fikriyə xanım eyni zamanda ud və piano da çala bilirdi. 1887-ci ildə Selanikdə anadan oldu. Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Gənc yaşda bir misirli ilə evlənən Fikiryə xanım evliliyi uzun sürmədi ailesinin yanına qayıtdı. 1923-cü ilə qədər Çanqaya köşkündə Mustafa Kamal Paşaya köməklik göstərirdi. Zəif bədən quruluşuna sahib olan Fikriyə xanım tez-tez xəstələnməsi səbəbilə təhsil ala bilməmişdi. Bu hal isə onun gələcək planlarına təsir göstərmişdi. Ağciyərlərindən əziyyət çəkən Fikriyə xanım Münhenə getməli idi.
Füsunkar xanım
Füsunkar xanım — Avropada, orta əsrlərdə yüksək mənəviyyata — (cəsarət, sadiqlik, qadına qarşı alicənablıq) malik kişinin — cəngavərin öz təxəyyülündə yaratdığı kurtuaz sevgi obyekti olan obraz. Füsunkar xanım həm mənəvi, həm də cismani kamillik idealı idi. Çox vaxt cəngavər özünə qadını görmədən seçirdi. Əsas şərt qadına xidmət, onun bütün tələblərini yerinə yetirmək və bütün rəqiblərdən, xüsusilə qəddar və ya qısqanc ərdən qorumaqdır. Füsunkar xanım obrazı heç şübhəsiz kişi, üstəlik, cəngavər təsəvvürünün məhsulu olub və cəngavər kişilər üçün yaradılmışdı. Füsunkar xanım kurtuaz ədəbiyyatın mərkəzi obrazıdır, məsələn: Flamenka "Flamenka", İzolda "Tristan və İzolda" romanında. Son füsunkar xanım obrazlarından biri, Servantesin ölməz "Don Kixot" əsərində rast gəlinir.
Göyərçin xanım
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada Nəcib Qızlar İnstitutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Heyran xanım
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Mələkbər xanım
Mələkbər xanım (ö. oktyabr 1890) — Osmanlıların Misir və Sudan hakimi Səid Paşanın ikinci xanımı. Doğum tarixi və saraya necə alındığı məlum deyil. Ancaq çərkəz əsilli olan bu qızcığazın Səid Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Cütlüyün Mahmud və Mehmed Tosun adlı 2 oğlu dünyaya gəldi. Səid Paşanın ilk xanımı İnci xanımdan övladı yox idi və bir çoxları paşanın övladının olması üçün Mələkbər xanımla birlikdə olduğunu düşünürdü. Digər tərəfdən Səid Paşa ilk xanımına çox bağlı idi və bütün rəsmi görüşlərə və səyahətlərə onunla birlikdə qatılırdı. 1863-cü ildə Səid Paşanın vəfatının ardından Mələkbər xanım bir daha evlənmədi və qalan ömrünü kiçik oğlu Mehmed Tosun Paşa ilə birlikdə keçirdi. 1890-cı ilin oktyabrında İsgəndəriyyədə vəfat edən İnci xanım öncə buradakı Nəbi Danial məscidinə, daha sonra isə Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi. Mahmud bəy (ö.
Nakihət Xanım
Nakihət Xanım (və ya Nakihət Begüm), Səfəvi şahı II Abbasın (1642–1666) çərkəz kökənli həyat yoldaşı. II Şah Abbasın varisi və ondan sonrakı Səfəvi şahı Şah Süleyman Səfəvinin anasıdır. İlk əvvəllər Səfəvi sarayında kəniz olmuş, sonradan kəbinli həyat yoldaşı və şahın əsas arvadı olmuşdur. Şah ailəsinin digər qadınları kimi, ölümündən sonra İraqdakı Şiə müqəddəs türbələrində dəfn edilmişdir. Bu yerlər 1639-cu il, Qəsri-Şirin sülh müqaviləsi imzalanan zamandan formal olaraq Osmanlı dövlətinə tabe idi. Bierbrier, Morris. "The Descendants of Theodora Comnena of Trebizond". The Genealogist. 12 (1). 1998.
Navəkmisal xanım
Navəkmisal xanım (d. 1828 - ö. 5 avqust 1854) — 31. Osmanlı sultanı Əbdülməcidin on səkkizinci xanımı. Navəkmisal xanım 1828-ci ildə Şimali Qafqazda əsilzadə ailəsində dünyaya gəlmişdir. Atası Rüstəm bəy Biberd, anası isə Batıxan Kızılbəyin qızı Fatma Kızılbəy idi. Özündən başqa Suzidilarə xanım (ö. 1919) adlı bir bacısı da vardı. Xalası Kəşfiraz xanım Rəfiyə Sultanın süd anası idi. Bu səbəblə bacısı qızlarını daha yaxşı həyat yaşamaları üçün İstanbula, Osmanlı sarayına gətirtmişdi.
Nazlı xanım
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazpərvər xanım
Nazpərvər xanım (d. 12 iyun 1870 — ö. 9 mart 1929) — 35. Osmanlı sultanı V Mehmedin dördüncü xanımı. Nazpərvər xanım 12 iyun 1870-ci ildə İstanbulun Beşiktaş səmtində dünyaya gəlmişdir. Aİləsi əslən abxaz olub, əsl adı Əminə idi. Sultan Əbdüləzizin xanımı Dürrünəv xanımın bacısı qızı idi. Bu səsəblə 4 yaşına çatan Əminə və bacısı Behiyə xanım İstanbula gətirildi və Osmanlı sarayında xalaları Dürrünəv xanımın himayəsinə verildi. Burada tamamilə türk və müsəlman ənənələrini öyrənən Əminənin adı dəyişdirildi və Nazpərvər qoyuldu. Sarayda Sultan Əbdüləziz cinayətinə şahid olanlardan biri idi.
Nigar xanım
Nigar xanım (1856[…], Konstantinopol – 1918, Konstantinopol) (نگار خانم) — Osmanlılar dövründə yaşayan türk şair. Atası macar əsilli Makar Osman Paşa idi. İstanbulda 1856-cı ildə anadan olub. Əsl adı Şandor Farkaşdır və 1848-ci il Macarıstan İnqilabından sonra Türkiyəyə sığınan və “Macar” ləqəbi ilə tanınan Osman Paşanın qızıdır; Anası, vəzir Keçecizadə Fuad Paşanın katibi Nuri bəyin qızı Əminə Rifati Xanımdır. Yeddi yaşında o, Kadıköydəki Madam Qarosun internat məktəbinə verilir. Bu məktəbdə o, yunan, italyan və erməni dilləri ilə yanaşı, fransız dili, fortepiano, rəssamlıq və tikiş sənətini də öyrənir. O, çarşab yaşının yaxınlaşması ilə əlaqədar olaraq məktəbdən ayrılır, fortepiano və dil dərslərini evdə davam etdirib. Erkən yaşda evliliyindən Sâlih Münir, Sâlih Feridun ve Sâlih Kerâmet adlı uşaqları dünyaya gelir. Yeddi il sonra həyat yoldaşından ayrılır. "Əfsus" adlı şeir kitabını çap etdirir.
Nurəfsun xanım
Nurəfsun xanımı (1851, Qafqaz – 1915, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin ikinci xanımı. Ailəsi əslən çərkəz olub, əsl adı Sərvinazdır. Atası Səlim bəy Şarmat, anası Rəbiyə xanımdır. Saraya necə alındığı və Şahzadə Əbdülhəmidlə necə tanış olduğu bilinmir. Cütlük 1868-ci ilin oktyabrında Dolmabağça sarayında evlənmiş, ancaq 26 iyul 1879-cu ildə ayrılmışdır. Övladı olmamışdır. Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil.
Nəsrin xanım
Nəsrin xanım (d. 1826, Poti — ö. 2 may 1853, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin on birinci xanımı. Nəsrin xanım əslən gürcü olub, əsl adı Adilə idi. 1826-cı ildə Poti şəhərində dünyaya gəldi. Atası gürcü əsilzadələrdən Mənüçöhr Asemiani, anası isə onun xanımı Mehrə xanımdır. Bəzmialəm Validə Sultanın oğlu üçün seçdiyi gürcü gözəllərindən biri idi və bu məqsədlə uşaq yaşlarında saraya alınaraq saray təlim-tərbiyəsi aldı. Ardından 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi və həmin ilin dekabrında ilk övladı Mehmed Ziyayəddin Əfəndini dünyaya gətirdi. Ancaq uşaq hələ 3 yaşında ikən vəfat etdi.
Nəvvarə xanım
Nəvvarə xanım (d. 4 may 1901 — ö. 22 aprel 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin dördüncü xanımı və gözdəsi. Nəvvarə xanım 4 may 1901 tarixində İzmitin Hikmətiyə kəndində abxaz əsilli Mustafa bəylə xanımı Hafizə xanımın ailəsində dünyaya gəldi. Kiçik yaşlarında Dolmabağça sarayına alınaraq təhsil aldı. Sultan Vahidəddinin üçüncü xanımı Şadiyə Müvəddət xanımın əmisi qızıdır. Müvəddət xanım Şahzadə Vahidəddinlə evləndikdən sonra onu Çəngəlköy sarayına alaraq özünə nədimə seçmişdi. Vahidəddin bu dəfə də Nəvvarə xanıma aşiq olmuş, bu səbəblə iki əmi qızının münasibətləri pisləşmişdi. Vahidəddinlə 20 iyul 1918-ci ildə Dolmabağça sarayında evləndi. Bu nigahdan övladı olmadı.